"Bu şəbəkənin olduğunun bilsələr də..."
“Türkiyə Silahlı Qüvvələrinin komandan zənciri təkrar təsis edilib və vəziyyət nəzarət altına alınıb”.
Bunu Teleqraf.com-a Türkiyədə Quru Qoşunlarında hərbi xidmət keçmiş, hazırda istefada olan general-mayor Haldun Solmaztürk bildirib.
Təqaüddə olan general iyunun 15-də Türkiyə Silahlı Qüvvələrinə mənsub bir qrup ordu və jandarma birliklərinin hakimiyyəti devirmək cəhdini də şərh edib.
Haldun Solmaztürk bildirib ki, Fətullah Gülən şəbəkəsinə bağlı olan az sayda ordu və jandarma təmsilçiləri hakimiyyəti dəyişməyə cəhd göstərib: “Ordunun mütləq əksəriyyəti dövlət çevrilişinə cəhd prosesindən kənarda qalıb. Təəssüflə qeyd etməliyəm ki, bu şəbəkənin olduğunun bilsələr də, öncədən lazımı tədbirlər görülməmişdi. Bunun nəticəsində həm Türkiyə Silahlı Qüvvələri, həm də Türkiyə Cümhuriyyəti böyük zərər görməli oldu”.
Nemət