22 İyul 2016 10:52
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Milli Mətbuat Gününün təntənə ilə qeyd edilməsi artıq xoş ənənəyə çevrilib. Neçə illərdir davam edən bu ənənənin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev 2000-ci il martın 27-də Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi ilə bağlı Fərman imzalayıb.

“Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul günü həmin vaxtdan hər il ölkəmizdə Milli Mətbuat Günü kimi dövlət səviyyəsində qeyd olunmağa başlanıb. Mətbuata dövlət qayğısı ənənəsini Prezident İlham Əliyev də yeni dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirir.

Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF), Azərbaycan Mətbuat Şurasının və KİV-lərin nümayəndələri iyulun 22-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyulub, böyük mütəfəkkirin xatirəsi anılıb. (“Azərtac”)


Müəllif:

Oxşar xəbərlər