1 Avqust 2016 12:05
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İmişli rayonunda iki dəfə zəlzələ baş verib və Mingəçevir, Şəki, Yevlax, Qəbələ, Kürdəmir, Goranboy rayonlarında da hiss olunub".

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Baş direktorun sözlərinə görə, gün ərzində aftoşokların olması gözlənir: “İmişli rayonunda zəlzələdən sonra 3 hiss olunmayan təkan olub. Baş verən zəlzələ 28 kilometr dərinlikdə olub. Onun hiss olunma əhatəsi böyük, amma fəsadları olmur”.

Qurban Yetirmişlinin sözlərinə görə, baş verən zəlzələdən dağıntıların olması gözlənilmir: “Qeyd etdiyim kimi zəlzələ dərinlikdə olub ki, bu da dağıntıların qarşısını alıb. 6-7 km dərinlikdə olsaydı, dağıntılar əmələ gələcəkdi. Sadəcə köhnə binalarda çatların yaranması ehtimalı var”.

Baş direktor qeyd edib ki, zəlzələ hiss olunan rayonlarda komissiya yaradılıb: “Hər bir Rayonda Fövqəladə Hallar Nazirliyi həmin rayonun İcra Hakimiyyəti ilə birgə komissiya yaradılıb. Evlərə, binalara baxış keçirilir, zəlzələnin təsirindən dağıntı və çatların olması araşdırılır”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər