27 Sentyabr 2016 19:39
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ADEX 2016” 2-ci Azərbaycan Beynəlxalq Müdafiə sərgisinə qatılan Türkiyənin müdafiə naziri Fikri İşık jurnalistlərə önəmli açıqlamalar verib.

Teleqraf.com-un məlumatına görə, nazir Azərbaycanda ikinci dəfə təşkil olunan bu sərgini yüksək qiymətləndirib: “Bu sərgi böyük önəm daşıyır. Biz də 42 şirkətlə bu sərgidə iştirak edirik. Təşkilatçılıq yüksək səviyyədədir”.

F.İşık sərginin iki ölkənin müdafiə sənayesi sayəsindəki əlaqələrinə müsbət təsir edəcəyini deyib: “Bu sərginin köməyi ilə Azərbaycan üçün müdafiə sənayesi sahəsində Türkiyənin nə edə biləcəyi, eyni zamanda birlikdə nə edə biləcəyimizlə bağlı suallarımıza cavab tapmış olacağıq. Bu da iki ölkə arasında müdafiə sənayesi sayəsində əlaqələrimizi inkişaf etdirməyə daha çox imkanlar yaradacaq. İki ölkə arasında bu sahədə müzakirələr və razılaşdırılmış layihələr var. Bu məsələlərlə bağlı azərbaycanlı həmkarım Zakir Həsənovla müzakirələr apardım. Eyni zamanda, Azərbaycan prezidenti İlham Əliyev və müdafiə sənayesi naziri Yavər Camalovla fikir mübadiləsi aparacağıq”.

Samir


Müəllif:

Oxşar xəbərlər