Milli Ordumuzun əsgəri yanıb.
Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində həqiqi hərbi xidmətdə olan 1995-ci il təvəllüdlü əsgər Vüqar Mayis oğlu Qələbəgiyev hamamda yanıb.
Əsgər hamamın sobasını yandırarkən ehtiyatsızlıqdan yanıb. Onu hərbi hospitala yerləşdiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə faktı təsdiqləyiblər.