3 Oktyabr 2016 21:16
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Roma Papası Fransiskin oktyabrın 2-də Azərbaycana səfəri hər şeydən öncə ölkəmizin siyasi nüfuzu və onun lideri, Prezident İlham Əliyevin fərqliliklər və ziddiyyətli siyasi qütblər arasında dialoq qurmaq bacarığının göstərisici idi. Elə öz çıxışında da Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Qərblə Şərq arasında təkcə coğrafi körpü deyil, həm də mənəvi körpüdür. Düşünürəm ki, sivilizasiyaların toqquşması kimi səciyyələndirilən, hazırki ziddiyyətli beynəlxalq münasibətlərin indiki gərgin vaxtında Roma Papasının bir müsəlman ölkəsinə səfər etməsi əslində dünyaya verilən bir sülh və əməkdaşlıq mesajı idi”.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Roma Papası Fransiskin Bakıya səfərini şərh edən H.Babaoğlunun sözlərinə görə, xüsusi olaraq bir məqamı qeyd etmək lazımdır: “Prezident İlham Əliyev məhz bu məsələyə diqqəti cəlb edərək bildirdi ki, bu səfər sivilizasiyalararası dialoqun yaşadığını, davam etdiyini, gücləndiyini bir daha göstərdi. Prezident qeyd etdi ki, biz biz bu dialoqa yeni təkan verməyə çalışırıq. Göründüyü kimi, səfərin mahiyyəti bax bu fikirlərdə öz əksini tapır və nə qədər aktual olduğu bir daha xatırladılır. Məsələ ondadır ki, hazırda Qərbin bir sıra imperialist mərkəzləri mövcud vəziyyəti daha da kəskinləşdirmək məqsdilə islamofobiya adlı silah kəşf edərək ondan müsəlman şərqini dağıtmaq üçün istifadə edirlər. Azərbaycan gerçəkliyində isə Papa Fransisk Azərbaycanın timsalında bir daha şahidi oldu ki, dünyada multikultural dəyərlərin yaşadığı, tolerantlığın mövcud olduğu, dini və etnik fərqliliyin zənginlik kimi qəbul edildiyi müsəlman ölkəsi var və bu təcrubə nümunə olmağa layiq təcrübədir. Ona görə də Papa Fransisk qeyd etdi ki, “mən bu ölkəyə hazırkı cəmiyyəti səciyyələndirən və müasir Azərbaycan dövlətinin çiçəklənməsi ilə nəticələnən təcrübə, dəyərlər və xüsusiyyətlər toplusunu formalaşdıraraq, bu torpaqda tarix boyu yaşamış çoxsaylı xalqların verdiyi töhfənin nəticəsi kimi mədəniyyətinizin çoxçalarlılığı və zənginliyinə qəlbimdəki vurğunluqla gəlmişəm”. Düşünürəm ki, bu sözlər ölkəmizin multikultural dəyərlərinin etirafı ilə bərabər həm də onun bir əməkdaşlıq məkanı olmasının etirafı idi”.

H.Babaoğlunun sözlərinə görə, nəzərə alsaq ki, bu sozlər dünyada mövcud olan iki milyarddan çox xristianın dini lideri tərəfindən səsləndirilir, o zaman bunun nə qədər əhəmiyyətli olduğunu bir daha dərk etmiş olarıq: “Bu münasibət isə əlbətdə Azərbaycana ciddi siyasi divident qazandıracaq miqyasdadır”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər