Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev vəzifəsindən azad edilib.
Bu barədə xəbəri Teleqraf.com-a təsdiqləyən Ələmdar Piriyev yeni vəzifəyə təyin olunduğunu deyib.
Ələmdar Piriyev Milli Geoloji Kəşfiyyat Xidmətinin Mineral Xammal Elmi Tədqiqat İnstitutunun direktor müavini təyin edilib. İnstitut ETSN-ə tabedir.