11 Oktyabr 2016 13:29
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabrın 12-13-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ilə bağlı xəbərdarlıq edib.

Departamentdən Teleqraf.com-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında oktyabrın 12-də arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 18-22, Bakıda gecə 15-17, gündüz 18-20 dərəcə isti olacaq.

Azərbaycanın rayonlrda şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 18-23, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacaq.

Oktyabrın 12-13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdlü əsasən əlverişli olsa da, havada rütubətin normadan çox olması bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.


Müəllif:

Oxşar xəbərlər