13 Oktyabr 2016 11:55
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin fəaliyyətinin 9 aylıq yekunlarına həsr olunmuş tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, mərkəzin rəhbəri, professor Ədalət Dadaşov bildirib ki, bu ilin yanvar-sentyabr ayları ərzində 18 min 686 xəstə stasionar müalicə alıb.

Ədalət Dadaşov deyib ki, mərkəzdə bu müddət ərzində 1685 doğuş baş verib: “ 9 ay ərzində cərrahiyyə şöbəsinə 5650 xəstə daxil olub. Onlardan 2062-si böyüklər, 1130-u isə uşaqlardır. Hesabat dövrü ərzində 3580 xəstədə cərrahiyyə əməliyyatı aparılıb”.

Mərkəzin rəhbəri qeyd edib ki, yanvar-sentyabr ayları ərzində 9829 xəstə mərkəzin terapevtik şöbələrində stasionar müalicə alıblar. Bununla yanaşı, xəstəxanaya 3710 nəfər müxtəlif yoluxucu xəstəliklərlə bağlı müraciət edib. Eyni zamanda, doqquz ayda mərkəzin hemodializ şöbəsinə 196 xəstə daxil olub.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər