31 Oktyabr 2016 12:13
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin üzvləri Rüfət Quliyev, Xanhüseyn Kazımlı və Tahir Mirkişili "ann.az" saytına açıqlamalarında Avropaya satılan qazın qiymətinə yenidən baxılmasını təklif ediblər.

Onlar bildiriblər ki, Azərbaycan strateji müttəfiqləri olan Rusiyaya, Gürcüstana və Türkiyəyə qazı müəyyən maraqları nəzərə alaraq ucuz qiymətə satır: "Gələcəkdə Avropaya qaz nəqli ilə bağlı layihələr işə düşdükdən sonra təklif etmişik ki, istehlakçı ölkələrə qaz daha baha qiymətə satılsın".

Amma bəzi saytlar deputatların bu açıqlamasını "əhaliyə satılan qazın qiyməti qaldırılacaq" şəkilində ictimaiyyətə çatdırıblar.

Deputat Rüfət Quliyev Teleqraf.com-a açıqlamasında bildirib ki, onlar Avropaya satılan və satılacaq qazın qiymətinin artıtılmasını təklif ediblər: "Əlbəttə ki, bu, bizim subyektiv fikrimizdir və dövlətin mövqeyini əks etdirmir. Lakin bir sıra saytlarda gedən yazılarda sərlövhə düz yazılmayıb və belə təsəvvür yaranır ki, bizim təkliflərimiz ölkə daxilində satılan qazın qiymətinə aiddir. Bu, qətiyyən belə deyil və bir daha təkrar edirik ki, bizim təklifimiz gələcəkdə Avropaya satılacaq qaza aiddir.
Xahiş edirik ki, saytları izləyən oxucular bizi düz başa düşüb, qınaq obyektinə çevirməsinlər və əhali də yayılan şayiələrə inanmasın".


Müəllif:

Oxşar xəbərlər