4 Noyabr 2016 14:17
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti noyabrın 3-4-də Hindistanın Nyu-Dehli şəhərində Fəlakət Risklərinin Azaldılması üzrə BMT Ofisi (UNISDR) və Hindistanın Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən Fəlakət Risklərinin Azaldılması üzrə Asiya Nazirlər Konfransında iştirak edib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, konfransın gündəliyinə BMT-yə üzv dövlətlər tərəfindən 2015-ci ildə qəbul olunmuş Sendai Platformasının nəzərdən keçirilməsi, Asiyada fəlakət təhlükəsinin azaldılması üzrə inkişaf proqramlarının müzakirəsi və qarşılıqlı fəaliyyət planının təsdiqi daxil edilib.
Hindistanın Baş naziri Narendra Modinin açılış nitqindən sonra nazirlərin çıxışları dinlənilib.

Konfransda çıxış edən Kəmaləddin Heydərov Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən, BMT və onun uyğun qurumları çərçivəsində əməkdaşlıq münasibətlərindən bəhs etmiş, fəlakətlərin effektli idarə olunması üçün beynəlxalq əməkdaşlığın qaçılmaz olduğunu diqqətə çatdırıb.

Sonda tədbirdə müzakirə olunan məsələlərə dair Birgə Bəyannamə və Sendai Platforması çərçivəsində Fəaliyyət Planı qəbul olunub.

Tədbir çərçivəsində, həmçinin, bir sıra ölkələrin fövqəladə hallarla mübarizə sahəsində məsul qurumlarının rəhbərləri ilə görüşlər keçirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər