Bu gün səhər saatlarında Nəriman Nərimanov metrostansiyasında sıxlıq yaranıb.
Hadisə şahidlərinin sözlərinə görə, bir neçə qatar stansiyada dayanmadan hərəkət edib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Teleqraf.com-a açıqlamasında qatarlardan birində texniki problem yarandığı və bunun sıxlıq üçün əsas yaratmadığını söyləyib: "Həzi Aslanov-Dərnəgül xətti üzrə hərəkət edən 22 saylı qatarda texniki problem vardı. Qatarın hərəkət sürəti yavaşımışdı, məcbur qalıb Nəriman Nərimanov stansiyasında sərnişinləri düşürüb qatarı baxış üçün depoya göndərdik. Başqa ciddi problem yoxdur".
O, xəttə əlavə qatar buraxıldığını əlavə edib.