Dünyaca məşhur müğənni Selena Qomezin Kalabasasda üç milyon dollara aldığı təzə evinə oğru girib. “Axar.az” xəbər verir ki, hadisə baş verən saatda Selena özü də evdə olub. Qulağına qəribə səslər gələn müğənni dərhal polis çağırıb. Qarətçi evin salonunda olan əşyalarını qarət edən zaman yaxalanıb. Dindirmə zamanı məlum olub ki, hiyləgər oğru içəri girməzdən öncə qapının zəngini çalıb və Selenanın evdə olub-olmadığını soruşubmuş. - See more at: http://axar.az/news/13468#sthash.08VCLI4s.dpuf