Bayram günlərində “Şahdağ” Turizm Mərkəzinə rekord sayda turist gəlib”.
Bunu Teleqraf.com-a "Şahdağ" Turizm Mərkəzinin menceri Gülnar Mustafayeva deyib.
Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzi bu mövsüm turizm mərkəzinin fəaliyyətdə olduğu 5 mövsüm ərzində turistlərin rekord sayı ilə yadda qalıb: “Bayram günləri ərəfəsində 20000-dən çox turist qəbul edən mərkəzimizdə təkcə 2 yanvar tarixi üçün 6000 nəfərdən çox turist qeydə alınıb”.
Gülnar Mustafayeva qış mövsümü açılandan Şahdağı ziyarət edənlərin də sayını acıqlayıb: “Ümumilikdə, qış mövsümü açılandan – 15 dekabr tarixindən bu günədək Şahdağı ziyarət edənlərin sayı 35000 nəfərdən çox olub.
İlhamə ƏBÜLFƏT