10 Yanvar 2017 10:57
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara Gömrük İdarəsində İrandan gələn Azərbaycan vətəndaşının əl yükləri rentgen aparatından keçirilərkən monitorda şübhəli cizgilər müşahidə edilib.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, gömrük əməkdaşı tərəfindən saxlanılan həmin şəxsin əl yükünə təkrar baxış zamanı içərisində dərman preparatları olan sellofan torbada istehsal qablaşması pozulmuş vəziyyətdə 115 ədəd həb şəklində metadon aşkar olunub.

Xatırladaq ki, metadon adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 115 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 4,6 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər