23 Aprel 2014 11:46
1 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Kilisdə saxlanılan və gizli yolla Suriyaya getməyə çalışan 7 nəfəri deportasiya edəcək

Hadisə Türkiyə sərhədçiləri gizli yolla Suriyaya keçmək istəyən 8 nəfəri saxlayıb. Onlardan 7-si əcnəbi, biri isə Türkiyə vətəndaşı olub.

Qaçaqmalçılar Kilisin Elbeyli rayonunda tutulublar. Saxlanılanlar arasında Rusiya, Tunis, iki Azərbaycan vətəndaşı (R.S. və A.L), Almaniya, Səudiyyə Ərəbistanı, Suriya vətəndaşları olub.

Sərhəddi keçmək istəyənlərə "dayan" əmri verilib. İfadələri alınan şəxslərdən türk vətəndaşı sərbəst buraxılıb. Digər 7 nəfər isə deportasiya edilmək üçün Polis İdarəsinin Əcnəbilərlə iş üzrə şöbəsinə təhvil verilib.

Qeyd edək ki, Suriyadakı ixtişaşlar nəticəsində bu günə kimi onlarla azərbaycanlı öldürülüb.//anspress//


Müəllif:

Oxşar xəbərlər