11 Yanvar 2017 10:26
2 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Barak Obama ABŞ prezidenti kimi son çıxışını Çikaqoda edib.

Teleqraf.com xəbər verir ki, o, çıxışına bu sözlərlə başlayıb: "Salam Çikaqo. Evdə olmaq çox gözəldir".

Barak Obama prezidentlik dövründə gördüyü mühüm işlər kimi eynicinslilərin nikahına icazə verilməsini, İranla nüvə razılaşmasını və terrorçu Usama Bin Ladenin öldürülməsini göstərib.

Daha sonra üzünü vitse-prezident Co Baydenə tutan Obama "Mən qardaş qazandım" deyərək, onu qucaqlayıb.

Çıxışı zamanı Obama həyat yoldaşı Mişelə də təşəkkür edib: "Sən bu 25 ildə mənim həyat yoldaşım, uşaqlarımın anası və ən əsası mən dostum olmusan. Sən məni güclü etmisən. Mən səninlə fəxr edirəm". Həyat yoldaşı ilə bağlı danışarkən Obamanın gözləri dolub.

Barak Obama sonda üzünü zalda oturan 18 yaşlı qızı Maliyaya tutub: "Həyatda hər şeydən çox sizin atanız olmağımla qürur duyuram".

SAMİR


Obama'dan eşi Michelle'e duygulandıran sözler by Sozcu


Müəllif:

Oxşar xəbərlər