12 Yanvar 2017 18:16
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində seks videosu qalmaqalı böyüyür. Hazırda Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin əməkdaşları və Şəmkir Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri xidməti araşdırma aparır.

Təhsil eksperti, “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev bu cür neqativ halların daha çox bölgələrdə hiss edildiyini bildirib. O Teleqraf.com-a açıqlamasında bölgələrdəki məktəblərin ikili tabeçiliyinin mövcud olduğunu vurğulayıb: “Rayonlardakı məktəblər həm icra hakimiyyətinə, həm də təhsil şöbələrinə tabedirlər, ancaq daha çox icra hakimiyyətlərinə tabe olduğu müşahidə olunur. Şəmkirin Seyfəli kənd tam orta məktəbindəki olayla tanış olanda çox məyus oldum. Hesab edirəm ki, həm direktor, həm də laborant məktəbdən kənarlaşdırılmalıdır. Direktor bəzi ifadələrində özünü dolaşdırır, əslində kompüteri laboranta verib, müəyyən müddət işlədikdən sonra əlindən alıb, bəs ştat yox idisə, laboranta niyə ştat verilib? Əgər 14 kompüterə 2 laborant nəzarəti düşürsə, üçüncü laborant o məktəbə niyə işə götürülüb? Həmin məktəbin direktorunun məktəbdə qalıb çalışmaq haqqı yoxdur. Hiss edilir ki, məktəbə nəzarət edə bilmir. Məncə, Təhsil Nazirliyi və yerli icra orqanları onun haqqında tədbir görməlidir”.

Ekspertin sözlərinə görə, hələ də direktor, laborant, müəllim təyin olunanların çoxu məktəbin necə təsisat olduğunu anlaya bilmirlər: “Çox təəssüflər olsun ki, şəhər məktəbləri içərisində məktəbin mahiyyətini başa düşməyən müəllim və direktorlar var. Məktəbdə uşaqlar təhsil və tərbiyə alırlar. İnformasiya cəmiyyətində yaşayırıq, informasiyaların aşkarlanıb paylanması çox sadələşib, telefonlarda bu əməliyyatları həyata keçirmək mümkündür. Bunu bilə-bilə yenə də bu addımlar atılır. Ona görə də hər bir kəs öz davranışını korrektə etməlidir. Məktəbin nəyə xidmət etdiyini hiss etməyən direktor haqda mütləq ölçü götürülməlidir”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər