19 Yanvar 2017 11:11
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gömrük sistemində broker fəaliyyətinə tam son qoyulub".

Teleqraf.com-un məlumatına görə, bu sözləri Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Daha sonra Aydın Əliyev qeyd edib ki, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 1 ton 136 kiloqramdan çox narkotik maddə zərərsizləşdirilib.

Eyni zamanda qanunsuz olaraq ölkə xaricinə çıxarılmağa cəhd edilən 2 milyondan artıq ABŞ dolları aşkarlanaraq götürülüb.

DGK sədri deyib ki, ötən il 246, 2015-ci ildə isə 257 gömrük orqanı əməkdaşı intizam məsuliyyətinə cəlb olunub: "Onlardan 84 nəfəri işdən azad olunub. Bunların arasında öz ərizəsi ilə işdən azad olunanlar da var. Gömrük xidməti orqanları əməkdaşlarının 10-u barəsində cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi göndərilib. Onlar barəsində araşdırmalar davam etdirilir".

DGK sədri gömrük orqanlarındakı kadr çatışmazlığına da toxunub: "Əfsuslar olsun ki, kadr çatışmazlığı problemimiz hələ də var. Dövlət Gömrük Komitəsinin sərhəd keçid məntəqələrində və Hava Nəqliyyatında Baş Gömrük İdarəsində kadr çatışmazlığı problemi mövcuddur".

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər