Baş Prokuror Zakir Qaralov vətəndaşlarla növbəti görüş keçirəcək.
Teleqraf.com xəbər verir ki, Zakir Qaralov yanvarın 30-da saat 10:00-da Sumqayıt şəhər prokurorluğunun inzibati binasında vətəndaşları qəbul edəcək.
Görüşdə Sumqayıt şəhəri, Abşeron, Qubadlı, Xızı və Zəngilan rayonlarında yaşayan vətəndaşları iştirak edəcək. Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq. Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Sumqayıt şəhərinə gəlmələrinin təşkili müvafiq şəhər və rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
Hacı Zeynalov