24 Yanvar 2017 16:13
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın paytaxtı Astanada baş tutan Suriya sülh danışıqlarından sonra Rusiya, İran və Türkiyə birgə bəyanat yayıblar.

Teleqraf.com TASS agentliyinə istinadla xəbər verir ki, bəyanatda üç ölkənin Suriyada terrorçuluğa qarşı birgə mübarizə aparmağa hazır olduqları bildirilir.

Bəyanat Qazaxıstan xarici işlər naziri Kayrat Abdraxmanov oxuyub. Tərəflər belə qənaətə gəliblər ki, Suriya böhranının hərbi yolla həlli yoxdur.

Moskva, Tehran və Ankara Suriyada atəşin dayandırılması üçün monitorinq mexanizmi yaratmaqla bağlı razılığa gəliblər.

Samir


Müəllif:

Oxşar xəbərlər