“Azərişıq” ASC tərəfindən iri miqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilib, nəticədə son günlər hava şəraitinin kəskin dəyişməsi, qar-çovğunlu keçməsi istehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsinə təsir etməyib.
Bu barədə Teleqraf.com-a “Azərişıq” ASC Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, rayon mərkəzlərində, qəsəbə və kəndlərində olan istehlakçıların etibarlı, təhlükəsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün yararsız, istismar müddəti başa çatmış avadanlıq müasir tipli avadanlıqlarla əvəz olunub, uzun illər istismar olunan agac dayaqlar yeni dəmir və dəmir beton dayaqlarla əvəzlənib, yararsız vəziyyətə düşmüş və heç bir standarta uygun gəlməyən alüminium naqillər özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) əvəz olunub.
İstehlakçıların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlər 2017-ci ildə də davam etdiriləcək.
İlhamə ƏBÜLFƏT