Çingiz Salman oğlu Qurbanova (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Teleqraf.com-un məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Çingiz Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə verilib.
Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Onun nəşi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.
O, fevralın 6-da Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.
Səxavət