8 Fevral 2017 11:02
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tələbə kreditlərindən kasıb təbəqə bəhrələnməlidir”.

Bunu "Maarifçi" Tələbə Kredit Fonunun fəaliyyəti və Azərbaycanda tələbə kreditləri" mövzusunda tədbirdə çıxışı zamanı Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən Navqi deyib.

Onun sözlərinə görə, ali təhsil ölkənin inkişafı üçün əsas amillərdən biridir: "Azərbaycanda həm varlı, həm də kasib təbəqə var. Kasıb təbəqəyə aid gənclər tələbə kreditindən bəhrələnməlidirlər. Bu məsələ ilə bağlı millət vəkilləri, rektorlara vaxtaşırı görüşlərimiz olacaq. Bu yolla təhsil sisteminə köməklik göstərə biləcəyik".

Menecerin fikrincə, tələbə krediti təhsil alanlar üçün çox vacibdir.

İlhamə ƏBÜLFƏT


Müəllif: