8 Fevral 2017 14:48
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bazarda qiymətlərin müəyyən artımı hiss olunur, biz bunu etiraf edirik".

APA-nın məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, hökumət tərəfindən qiymətlərin daha sürətlə artmaması üçün vacib tədbirlər görülür: "Güman etmirəm ki, qiymətlərin indiki artım səviyyəsində onun Azərbaycanda yoxsulluq səviyyəsinə təsir etməsi haqqında həyəcan təbili çalmaq üçün əsaslar yaranıb. Mən bu fikirdən kənardayam.

Amma hökumətin bu gün həyata keçirdiyi bütün işlərin qarşısında duran məqsəd ondan ibarətdir ki, Azərbaycanda qiymətlərin artımının qarşısı mümkün qədər alınsın və bu, insanların həyat , yaşayış səviyyəsinə ciddi şəkildə təsir etməsin. Bu istiqamətdə də geniş proqram hazırlanır".


Müəllif: