9 Fevral 2017 13:27
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Azərbaycanda baharın gəlişi martın 20-də Bakı vaxtı ilə təxminən saat 14:29 radələrində baş verəcək.

Teleqraf.com-un məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanası direktorunun müavini Xıdır Mikayılov bildirib ki, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək.

Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiya elmində “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.

Fevralın 21-i Azərbaycanda ilk çərşənbə, martın 14-ü isə axır çərşənbədir.


Müəllif:

Oxşar xəbərlər