Ötən il təmir işlərinin həyata keçirilməsinə baxmayaraq, Ermənistanın "Metsamor" atom elektrik stansiyası (AES) yenə də bölgə üçün təhlükəli obyekt olaraq qalır.
Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri Adil Qəribov deyib.
Onun sözlərinə görə, “Metsamor" AES-də ötən il ərzində aparılan müəyyən təmir işləri yalnız cari xarakterli olub.
A.Qəribovun sözlərinə görə, istismar müddəti 10 il, yəni 2026-cı ilədək uzadılan AES hazırda fəaliyyət göstəririr.
Mərkəz sədri əlavə edib ki, AES-dəki təmir işlərindən sonra Beynəlxalq Atom Enerjisi Agentliyi reaktorun vəziyyətini yoxlayaraq nəticəni qənaətbəxş hesab etsə də, AES-in təhlükəliliyi, onun bölgəni radioaktiv tullantılarla çirkləndirmə səviyyəsi azalmayıb.