Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətində yeni təyinat olub.
APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmrinə əsasən DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə tutduğu vəzifədən azad edilərək mətbuat xidməti rəisinin müavini təyin edilib.
Onun yerinə isə hələlik təyinat yoxdur.
Orxan Mansurzadə 1995-ci ildən daxili işlər orqanlarında xidmət edir. Son yeddi ildə o, DİN-in mətbuat xidmətində şöbə rəisi vəzifəsində çalışıb.
DİN-in mətbuat xidmətinin 22 il rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib. Onun yerinə mətbuat xidmətinin rəis müavini olmuş, polis polkovniki Ehsan Zahidov təyinat alıb.