Fövqəladə Hallar Nazirliyi (FHN) və Avstriya Federal Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq çərçivəsində Qəbələ rayonu ərazisində qar uçqunlarında axtarış-xilasetmə, həmçinin xizəksürmə hazırlığı üzrə təlimlərə başlanılıb.
Teleqraf.com FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, təlimlərə Nazirliyin Şimal-qərb Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Təlim iştirakçılarına avstriyalı mütəxəssislər tərəfindən qar uçqunları altında qalanların axtarışı və xilas edilməsi, ekstremal şəraitdə davranış və dağ relyeflərində xizəksürmə üzrə hazırlıq məşqləri keçiriləcək.
Təlimlər fevral ayının 19-dək davam edəcək.
İlhamə ƏBÜLFƏT