Bu gün Xəzər dənizində 3 bal gücündə zəlzələ olub.
Teleqraf.com-un xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yyeraltı təkanlar yerli vaxtla saat 04:50:35-də qeydə alınıb.
Episentri 37 km dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.