20 Fevral 2017 10:19
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Problemlərini Araşdırma üzrə Stokholm Beynəlxalq İnstitutunun (SIPRI) növbəti hesabatını yayımlayıb.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, hesabata əsasən, 2012-2016-cı illər arasında silah ixracatının böyük qismi Rusiya və ABŞ-ın payına düşür.

ABŞ, Rusiya, Fransa, Çin və Almaniya ümumi silah ixracatının 74 faizini əlində saxlayıb. Təkcə ABŞ və Rusiyanın payı 56%-dir.

Sənəddə bildirilib ki, 2012-2016-cı illərdə silah satışı 2007-2011-ci illərə nisbətən 8,4 faiz çox həyata keçirilib. Sonuncu 5 ildə göstərilən nəticə soyuq müharibə başa çatdıqdan sonra ən yüksək sayılır.

Rus ixracatı

2012-2016-cı illərdə Rusiyanın beynəlxalq silah ixracında payı 23% göstərilib. Bu ixracın 70 faizi 4 ölkəyə edilib: Hindistan, Vyetnam, Çin və Əlcəzair. Son 5 ildə 50 ölkə Rusiyadan texnika alıb. Bunlar arasında Hindistan (38%), Vyetnam (11%), Çin (11%), Əlcəzair (10%), Venesuela (5%) və Azərbaycan (4%) seçilir.

MDB-də xüsusi göstərici

Məruzədə Azərbaycan və Ermənistanın hərbi idxal həcmində əhəmiyyətli fərq xüsusilə nəzərə çarpır. Son 5 ildə Azərbaycanın silah alışı Ermənistana nisbətən 20 faiz artıb.

Samir


Müəllif:

Oxşar xəbərlər