28 Fevral 2017 16:11
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Masazır qəsəbəsində “Zəli gölü” kimi tanınan yaşayış evlərinin yaxınlığında torpaq sürüşməsi baş verib”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə, sakinlərin verdirdiyi məlumatdan sonra ərazidə tədqiqat aparılıb: “Müəyyən oldu ki, sürüşmə prosesin təxminən 1-2 km ərazini əhatə edir. Ərazi maili yamacdır. Süxurlar yuyulmaya qarşı həssasdırlar. Atmosfer yağıntılarının təsirindən həmin süxurların həll olması bəzi yerlərdə çökmə prosesinin baş verməsinə səbəb olub. Ərazidə kanalizasiya və sisteminin olmaması prosesi aktivləşdirib. Bəzi ərazilərdə hətta kanalizasiya suları yerüstü axıdılır. Çökmə baş verən bəzi yerlərdə qırılma qaşının hündürlüyü 40 sm-ə qədər dəyişir”.

Rafiq Həsənov qeyd edib ki, bu ay ərzində ərazidə daimi aktivlik müşahidə edilib: “İnsanların həmin ərazidən köçürülməsi ilə bağlı qərarı adiyyəti qurumlar verə bilər”.

Bu barədə ilk məlumatı APA yayıb.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər