6 Mart 2017 15:23
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-ci ildə Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən 2 ton 150 kq 529,354 qr müxtəlif növ narkotik vasitə, o cümlədən 21.532 ədəd çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun hazırladığı hesabatda bildirilib.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların 654 kq 081,557 qramı marixuana, 225 kq 544,966 qramı tiryək, 1 ton 186 kq 270,004 qramıı heroin, 42 kq 211,316 qramı həşiş, 42 kq 400,711 qramı psixotrop maddələr və digərləri, 11976 ədədi həb, o cümlədən 21.532 ədəd çətənə kolu olub.

2015-ci illə müqayisədə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr sırasında heroinin miqdarı xeyli artıb. 2015-ci ildə cəmi 80 kq 311,795 qram heroin qanunsuz dövriyyədən çıxarılıb.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər