9 Mart 2017 16:29
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnanıram ki, Bakı-Sumqayıt yolunda baş verən faciəli hadisənin baş vermə səbəbləri ciddi araşdırılacaq”.

Teleqraf.com xəbər verir ki, bu sözləri deputat Qənirə Paşayeva bu gün səhər saatlarında 5 nəfərin ölümü ilə nəticələnən qəza haqda fikir bildirərkən deyib.

Onun sözlərinə görə, yol qəza hadisələrinin azalması üçün dövlət qurumlarının və cəmiyyət olaraq hamımızın üzərinə böyük məsuliyyət düşür: “Bu cür hadisələr hamımızı ciddi narahat etməlidir. Bu cür hadisələri yaradan səbəblərə qarşı, onların aradan qaldırılması istiqamətində mübarizəmizi güclədirməliyik. Bakı-Sumqayıt yolunda baş verən qəza nəticəsində həyatını itirən tələbələrimizə Allahdan rəhmət, yaralılarımıza acil şəfalar diləyirik”.

Qeyd edək ki, bu gün Bakı-Sumqayıt yolunda baş verən qəza nəticəsində 5 tələbə həlak olub, 17 nəfər yaralanıb.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər