Bu gündən magistraturaya sənəd qəbulu başlayıb.
Teleqraf.com Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, martın 10-dan 17-dək 2017/2018-ci tədris ili üçün magistraturaya qəbul elan edilib.
Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına tələbə qəbulu haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini, informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri “Magistr” jurnalının 2-ci sayında dərc ediləcək.
Qeyd edək ki, 2 saylı "Magistr" jurnalı bu gün satışda olacaq. Jurnalda tələb olunan sənədlər və digər bütün zəruri məlumatlar təqdim olunacaq. Həmçinin, mərkəzin internet saytında ətraflı məlumat veriləcək.