12 Mart 2017 23:12
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) ölkələri ilə Türkiyə arasında dialoq qurulmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Avropa Şurasının baş katibi Turbern Yaqland son günlər Türkiyə ilə Hollandiya arasında yaşanan gərginliyə münasibət bildirərkən deyib.

“Bu durum demokratiya və diplomatikaya zərər verir. Ölkə xaricində və daxilində yaşayan türk vətəndaşları konstitusiya dəyişikliyi ilə bağlı yetərli məlumat almalıdır. Eyni zamanada referendum təşviqatı aydın, ədalətli və əhatəli olmalıdır. Həmçinin Türkiyə rəsmiləri ilə xarici həmkarları arasında dialoq şəraitində fikir həmrəyliyi olmalıdır. Bundan əlavə, lazımi hazırlıqlar üçün də vaxt verilməlidir”, - Yaqland bildirib.


Müəllif:

Oxşar xəbərlər