“Azərbaycan Dillər Universitetində (ADU) maaşların 3 ay gecikməsi yalan və əsassız xəbərdir”.
Bunu Teleqraf.com-a açıqlamasında ADU-nun İnformasiya Departamentinin müdiri Araz Ağayev deyib.
Onun sözlərinə görə, universitetdə maaşlar hər zaman vaxtında verilir: “Bununla bağlı heç bir problem yoxdur. Maaşların gecikdiyini deyən müəllim bizim universitetin müəllimi ola bilməz”.
Qeyd edək ki, sosial şəbəkələrdə ADU-da müəllimlərin 3 aydır maaş almadıqları iddia olunub. İddia univesritet müəlliminin adından verilib.
İlhamə ƏBÜLFƏT