5 Aprel 2017 12:40
1 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Gəncə şəhərində 38 yaşlı Həsən Səfərovun 23 yaşlı qardaşı qızını qaçırıb, onunla dini nikaha daxil olması ilə bağlı xəbər yayılıb.

Bu haqda məlumatı Həsənin ayrılmaq istədiyi həyat yoldaşı Həmidə Səfərova verib. Onun sözlərinə görə, əri ilə qaynı qızı 1 ay əvvəl qoşulub qaçıblar. O isə uşaqlarını götürüb Beyləqanda ata evinə qayıdıb.

Qadın deyir ki, əri ilə qaynı qızının münasibətindən evləndikdən bir müddət sonra şübhələnib. Amma hər dəfə bu mövzu açılanda həyat yoldaşı onu müxtəlif vasitələrlə təhdid edib. Həyat yoldaşı Həmidə Səfərova deyir ki, ərinə qoşulub qaçan qaynı qızı evli olub, 2 uşaq anasıdır.

Hüqüqşunas Zülfiyyə Bayramova Teleqraf.com-a məsələnin hüquqi tərəfini izah edib. Onun sözlərinə görə ki, Ailə Məcəlləsinin 12-ci maddəsində nikahın bağlanmasına mane olan hallar barədə maddə var: “12.0.1-ci maddədə deyilir ki, yaxın qohumlar arasında nikah bağlana bilməz. Yəni müvafiq icra orqanları haqlı olaraq həmin nikahı bağlamaqdan imtina edə bilər. Məhz 12-ci maddəyə əsasən, qanunvericilkdə dövlət nikahından əvvəl dini nikahın kəsilməsi qadağandır. Kəbini kəsən şəxs buna görə məsuliyyət daşıyır”.

Teleqraf.com Ailə Məcəlləsinin 12-ci maddəsini təqdim edir:

Maddə 12. Nikahın bağlanmasına mane olan hallar

12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:
12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər;
12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
12.0.3-1. tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər;
12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.

Göründüyü kimi, Məcəllənin 12.0.1. maddəsi yaxın qohumlar arasında nikah bağlanmasını yolverilməz saysa da, göstərilən siyahıya əmi ilə qardaşı övladı daxil deyil. Bu baxımdan məsələ açıq qalır. Qanundakı bu boşluğu doldurmağa ehtiyac var.

İlahiyyatçı Elvüsal Məmmədovun sözlərinə görə, İslam dinində qohumlar arasında nikahla bağlı müəyyən qaydalar var: “Elə qohumlar var ki, onların ailə qurması, nikah bağlamasına yol verilmir. Eləcə də əminin öz qardaşı qızı ilə ailə qurması qan qohumu ilə münasibət mənasına gəlir. Onun üçün nə imam, nə də dövlət nikahına icazə verilmir.

İmam nikahına gəlincə, görünür o mollanın dindən, şəriətdən anlayışı olmayıb, əks halda buna icazə verməzdi".

ŞƏFİQƏ


Müəllif:

Oxşar xəbərlər