"ASAN Könüllüləri" Təşkilatının əsas tərəfdaşlığı ilə “Gənc Psixoloqlar” İctimai Birliyi tərəfindən Azərbaycanda ilk dəfə Avropa Tələbə Psixoloqlar Assosasiyası Federasiyasının konqresi keçiriləcək.
Teleqraf.com Trend-ə istinadla xəbər verir ki, 23-30 apreldə keçiriləcək Avropa Tələbə Psixoloqlar Assosasiyaları Federasiyasının 31-ci konqresində Avropanın 33 ölkəsindən 300 nəfər gənc psixoloq, 20-ə qədər akademik heyət iştirak edəcək.
Qax şəhərində baş tutacaq konqresin əsas mövzusu “Humanity today” olaraq müəyyənləşdirilib. Bu başlıq altında son dövlərin ən aktual mövzuları olan müharibə və terrorların psixoloji tərəfləri, onların insan psixikasına təsiri, mədəniyyətlər arası çətinliklər, qaçqın krizislərinin psixoloji tərəfləri müzakirə olunacaq.