Aprelin 6-da Bakıda keçirilən valyuta hərracında dolların ucuzlaşması banklar arasında valyuta ticarətinə də təsir edib. “Bloomberg” terminalında dollar manat qarşısında kəskin ucuzlaşıb.
Fins.az xəbər verir ki, banklar arasında dollar 1.6712 manata düşüb. Bu isə ötən günlə müqayisədə dolların 2,4 faiz ucuzlama deməkdir.
Dollar terminal üzərində ötən günü 1.7124 manat kursu ilə yekunlaşdırmışdı.
Qeyd edək ki, 1.67 məzənnəsi sonuncu dəfə ötən ilin noyabr ayının 1-də qeydə alınmışdı.
Azərbaycan bankları valyuta birjası kimi “Bloomberg” terminalından istifadə edirlər. “Bloomberg” banklar arasında ticarət və valyuta hərracının nəticəsinə əsasən manatın məzənnəsini müstəqil şəkildə müəyyən edir.