10 Aprel 2017 13:19
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan qanunvericiliyi ilə 18 yaşadək şəxsləri övladlığa götürmək mümkündür. Yerli ailələr eləcə də xarici ölkə vətəndaşları Azərbaycandan övlad götürməyə maraqlıdır”.

Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov Teleqraf.com-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda ölkələrarası övladlığa götürmə qanunvericiliklə Ailə Məcəlləsi, Mülki Prosesual Məcəllə və buna bərarbər tutulan digər normatik hüquqlarla tənzimlənir: “Ölkələrarası övladlığa götürmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də iştirak edir. Komitə 2007-ci ildə “Ölkələrarası övladlığa götürmə” üzrə mərkəzi orqanı müəyyən olunub”.

Seymur Məmmədov deyib ki, komitə əcnəbi vətəndaşlığı olmayan şəxslər tərəfindən daxil olan müraciətlərə baxır: “Övladlığa uşaq götürmək istəyən vətəndaşlara gəldikdə, il ərzində müxtəlif ölkələrdən müraciətlər gəlir. Amma müraciət edənlər daha çox Rusiyada yaşayan soydaşlarımızdır. Onlar uzun müddət tibbi mülaciə alır, amma övladları olmadığı üçün öz qohumlarından uşaq götürmək istəyir və komitəyə müraciət edirlər. Biz də öz dəstəyimizi göstəririk”.

Seymur Məmmədov bildirib ki, müraciət edənlər arasında Fransa, ABŞ, Hindistan, Böyük Britaniya vətəndaşları da var: “Hazırda komitənin ümumi uçotunda həmin vətəndaşlara təqdim etmək üçün uşaqlar olmadığına görə onlar gözləmə mərhələsindədirlər. 2016-cı il üzrə 5 uşaq - 2-si Türkiyə, 2-si Rusiya, biri Böyük Britaniya vətəndaşı olmaqla komitənin rəyi ilə övladlığa götürülüb”.

Komitə nümayəndəsinin sözlərinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin akreditasiya qaydaları ilə bağlı qərarı var: “Həmin ailələr 3 il müddətində Azərbaycan tərəfinə hesabatlar təqdim etməlidir. İldə 2 dəfə 6 aydan bir olmaq şərti ilə hesabatda 15 dəqiqəlik video yazı, şəkillər öz əksini tapmalıdır. Həmçinin uşaq övladlığa götürüldükdən sonra inkişaf mərhələləri, davranışları, uyğunlaşması barədə də məlumatlar verilməlidir.

3 il müddətdən sonra ya ailələr özləri ya da bizim xahişimizlə uşaqların şəkillərin video yazıların göndərirlər. Bu vaxta kimi komitənin rəyi ilə övladlığa verilənlər arasında neqativ hal aşkarlanmayıb”.

ŞƏFİQƏ


Müəllif:

Oxşar xəbərlər