15 İyul 2014 15:43
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Gəncə Dövlət Dram Teatrında planlaşdırılan 119-cu mövsümün son tamaşası təxirə salınıb.

Bu barədə teatrın direktoru Əli Qasımov məlumat verib.

Onun sözlərinə görə, təxirə salınmanın səbəbi Azərbaycanın xalq artisti, ömrünü teatra həsr etmiş, Gəncə Dövlət Dram Teatrının aktyoru Ələddin Abbasovun dünyasını dəyişməsi olub.

Əli Qasımovun sözlərinə görə, bu günə planlaşdırılan mövsümün son tamaşası 3 gün sonraya yəni iyulun 18-ə keçirilib.

Qeyd edək ki, Gəncə Dövlət Dram Teatrı İlyas Əfəndiyevin “Unuda bilmirəm” tamaşası ilə mövsümə yekun vuracaq. 9 nəfərdən ibarət aktyor heyətinin rol aldığı tamaşanın quruluşçu rejissoru xalq artisti Vaqif Şərifovdur.

/Regionsesi.az/


Müəllif: