18 İyul 2014 11:20

Şirkət Mandelanın doğum gününü unutmayıb və çox özəl bir "dudl" hazırlayıb

Şirkət Mandelanın doğum gününü unutmayıb və özəl "dudl" hazırlayıb. Bu "dudl"da siyasətçinin həyat fəaliyyəti və dünyaya siyasi baxışı əks olunub. Cənubi Afrika Respublikasının ilk qaradərili prezidentini yaddan çıxartmayan "Google" bu jestlə bütün dünyanın diqqətini Mandelaya yönəldib.

Qeyd edək ki, Mandela 1918-ci ildə CAR-ın Umtatı əyalətində anadan olub. Mandela orta məktəb təhsilindən sonra Fort Hare Universitetinə qəbul olmuş, burada siyasi cərəyanlara qoşulub. Forta‑Herdə kollecdə oxuyub, 1940-cı ildə tələbə tətilində iştirak etdiyinə görə oradan qovulub. Bundan sonra Yohannesburqda mədən qarovulçusu olub, hüquq məntəqəsində çalışıb.

1943-cü ildə Mandela Vitvatersrand Universitetinə daxil olub, 1948-ci ilə qədər oxusa da, hüquqşünas diplomu ala bilməyib, daha sonra London Universitetində oxuyub, amma oranı da bitirməyə müvəffəq olmayıb. Bakalavr dərəcəsini Mandela yalnız 1989-cu ildə – həbsinin son aylarında alıb. Həbsdə yata-yata o, Cənubi Afrika Universitetində qiyabi oxuyub.

1944-cü ildə Mandela Afrika Milli Konqresinin Gənclər Liqasına daxil olub və tezliklə onun liderlərindən birinə çevrilib. 1950‑ci illərdə aparteidə qarşı ən fəal mübarizlərdən biri olub, dəfələrlə həbs edilib. Mandela 1956-cı ildə dövlətə xəyanətdə ittiham olunub, 1961-ci ildə bəraət alıb.

1960-cı ildən Afrika Milli Konqresinə liderlik edən Mandela 1964-cü ildə ömürlük həbs cəzasına məhkum olunub.

1990-cı ildə həbsdən buraxılıb və yenidən Afrika Milli Konqresinin lideri seçilib. 1993-cü ildə o, CAR prezidenti Frederik de Klerklə birgə aparteidlə mübarizədə xidmətlərinə görə Nobel sülh mükafatı alıb.

1994-cü ildə CAR prezidenti seçilib. Səlahiyyət müddəti bitəndə – 1999-cu ildə siyasətdən çəkilib.

2013-cü il iyunun 27-də onu süni nəfəs aparatına qoşublar.

2013-сü il dekabrın 5-də 95 yaşında Yohannesburqda vəfat edib.

/ans press/


Müəllif:
Загрузка...