18 İyul 2014 12:07
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cümə günü xilasedicilər Ukraynada qəzaya uğramış Malayziya avialaynerinin ikinci "qara qutu"sunu aşkar ediblər.

Bu barədə "Reuters" şahidlərə istinadən xəbər yayıb.

Bir az əvvəl "Vostok" batalyonunun nümayəndəsi bəyan etmişdi ki, təyyarənin düşdüyü Topez şəhəri yaxınlığında döyüşçülər tərəfindən bir neçə əşya tapılıb. Onların "qara qutu" olduğu güman edilir. Agentliyin məlumatına görə, döyüşçülər birinci qutunu aşkar ediblər.

İyulun 17-də axşam "Malaysia Airlines" şirkətinin "Boeing 777" təyyarəsi Ukraynanın Donetsk vilayəti üzərində qəzaya uğrayıb. Göyərtəsində 298 sərnişin olan təyyarə Amsterdamdan Kuala-Lumpura uçurmuş. Qəzada sağ qalan olmayıb.

/trend/


Müəllif: