3 İyul 2017 11:13
661

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakıdakı nümayəndələri əsir düşmüş erməni diversant Zaver Karapetyana baş çəkib.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bu barədə BQXK-nın İrəvan nümayəndə heyətinin kommunikasiya proqramları rəhbəri Zara Amatuni məlumat verib. Onun sözlərinə görə, ziyarət iyulun 1-də baş tutub.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyunun 20-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib. Bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Təxribat qrupunun bir üzvü, 1974-cü il təvəllüdlü Zaver Hovanis Karapetyan ələ keçirilib.


Müəllif: Nərgiz