7 İyul 2017 13:01
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 6-da Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstən fondu və "Xəzər" İssık Kul Azərbaycanlıları ictimai birliyi keçirdiyi tədbirdə beynəlxalq təşkilatlara və dünyanın aparıcı dövlətlərinin liderlərinə müraciət ünvanlayıblar.

Tədbir iştirakçıları Ermənistanın silahlı qüvvələrinin öz xislətlərinə tamamilə uyğun gələn atəşi nəticəsində iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin qətlə yetirilməsindən hiddətləndiklərini bildiriblər, bu vandalizmi pisləyib və həlak olmuş şəxslərin Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızının ailələrinə dərin hüznlə başsağlığı veriblər

Müraciət ingilis dilinə tərcümə olunaraqdünyanın aparıcı dövlətlərinin liderlərinə liderlərə göndəriləcək.

Müraciətdə deyilir:"İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini intensiv atəşə tutması nəticəsində 50 yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması bütün dünyadakı Azərbaycan icmalarını, o cümlədən Bişkekdə fəaliyyət göstərənTürkdilli dövlətlərin siyasətinə dəstən fondu və "Xəzər" İssık Kul Azərbaycanlıları İctimai Birliyinin üzvlərini hiddətləndirib. Təxribat xarakterli bu vəhşilik aktı Ermənistan dövlətinin, Ermənistan hərbi-siyası rəhbərliyinin terrorçu mahiyyətini bir daha göstərib.

Azərbaycan mülki əhalisinə və mülki obyektlərə qarşı sistematik xarakter almış belə hücumlar beynəlxalq hüquq və insan haqlarının, uşaqların hüquqlarına dair beynəlxalq konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Artıq 29 ildir ki, müstəqil Azərbaycanın torpaqlarının iyirmi faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Həmin ərazilərin azad olunması ilə bağlı BMT-nin 4 qətnaməsinin qəbul olunmasına baxmayaraq, Ermənistanın işğalçı siyasəti bu gün də davam etməkdədir. Üstəlik Ermənistan hərbi-siyasi rəhbərliyi mülki əhalini, o cümlədən uşaqları hədəfə alaraq bölgədə gərginliyin daha da artırılmasına yönəlmiş təxribat xarakterli fəaliyyətlərini davam etdirir.

Bütün bəşəri qanunlarda günahsız insanların, xüsusilə də uşaqların qətli ən ağır cinayət hesab edilir. Təəssüflə qeyd edirik ki, 2 yaşlı Zəhra terrorun ilk qurbanı deyil. 2011-ci ildə Ağdam şəhərindən olan 9 yaşlı Fariz Bədəlov snayper atəşi nəticəsində həlak olmuşdu. Ümumilikdə, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında razılaşma əldə edildikdən sonra 33 uşaq terrora məruz qalıb. Onlardan 14-ü dünyasını dəyişib, 19-u isə yaralanıb.

Biz - Qırğızıstanda fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun və "Xəzər" İssık Kul Azərbaycanlıları İctimai Birliyi nümayəndələri iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini və yaşayış yerlərini qəsdən məhv etmək məqsədilə mina və qumbaraatanlarla atəşə tutaraq növbəti təxribat törətməsini qətiyyətlə pisləyir və beynəlxalq təşkilatları, o cümlədən BMT-ni, Avropa İttifaqını, Avropa Şurasını, ATƏT-in Minsk qrupunu, İslam Əməkdaşlıq Təşkilatını və dünyanın aparıcı dövlətlərinin liderlərini mülki şəxsləri, məsum körpələri, qadın və qocaları hədəf seçən bu terror və vandalizm cinayətini törədənlərin tezliklə cəzalandırılması istiqamətində səylərini birləşdirməyə çağırırıq.

Dinc əhaliyə qarşı silah işlədilməsi Ermənistan dövlətinin 29 ildən artıq davam edən hərbi təcavüzünün, Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləmə və terror aktlarının davamıdır. Atəşkəs elan edilməsinə rəğmən mülki əhalinin mütəmadi atəşə tutulması, qətlə yetirilməsi, ölüm təhlükəsi altında yaşamağa məcbur qoyulması beynəlxalq müstəvidə təcavüzkara qarşı münasibəti kökündən dəyişməyin, "pisləmək", "baş verənlərdən narahatlıq keçirmək" kimi növbəti açıqlamalardan qətiyyətli addımlar atmaq mərhələsinə keçməyin vaxtının çoxdan çatdığını bir daha sübuta yetirir.

Ötən ilin aprel ayında təmas xəttində baş verən təxribatlar zamanı Ali Baş Komandan Prezident İlham Əliyevin ətrafında sıx birləşmiş Azərbaycan xalqının ordu və dövlətlə birliyini, qalibiyyət əzmini, haqq-ədalətin bərpası, Vətən torpağı uğrunda hər an şəhid olmağa hazır olduğunu bütün dünya gördü. Biz indi də Ali Baş komandan Prezident İlham Əliyevin yanındayıq, istənilən vaxt əlimizə silah alıb qisas almağa, işğal altındakı torpaqlarımızı azad etməyə hazırıq. Bu reallıq 29 ildən artıq davam edən, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan tərəflərin nəzərə almalı olduğu mühüm məqamdır. İşğalçı ilə işğala məruz qalan tərəfi eyniləşdirmək münaqişənin həllinə xidmət edə bilməz. Beynəlxalq hüquq və normalara riayət istisnasız olaraq hamının borcudur.

Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair beynəlxalq səyləri dəstəkləyirik. Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyi üzərinə götürmüş ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, beynəlxalq qurumların ikili standartları işğalçı Ermənistanı yeni-yeni terror fəaliyyətlərinə həvəsləndirir.

Ermənistan hərbi-siyasi rəhbərliyinin tapşırığına əsasən erməni silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini intensiv atəşə tutması nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması bir daha göstərir ki, Ermənistanın sülh yolu ilə zəbt etdiyi torpaqları tərk etməsinə ümidlər aradan qalxır. Münaqişə zonasında baş verəcək gərginliyə görə məsuliyyət işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

İrqindən, dinindən və milliyətindən asılı olmayaraq heç kim bu hadisəyə sadəcə Azərbaycan xalqının problemi kimi baxmamalıdır. 2 yaşlı uşaq vəhşicəsinə qətlə yetirilib. Bu əməl cəzasız qalmamalıdır. Bu, insanlığa sığmayan hücumdur. Bütün dünya bunu görməli, bilməli və laqeyd qalmamalıdır. Belə faciələrin qarşısı alınmalıdır. Bu faciənin bir adı var:Terrorvə faşizm!

2 yaşlı məsumbirqızcığazın, Zəhranınqətlitəkcə Azərbaycan üçünyox, bəşəriyyət, insanlıq üçünfaciədir!

2 yaşlı birkörpəninqətlindənböyükcinayətyoxdur!!! Beynəlxalqictimaiyyətbelə dəhşətlicinayətlərə biganəlikgöstərməməlidir! Ana, uşaq,nənə qatilləricəzasızqalmamalıdır!

Biz bir daha bu hadisəni qətiyyətlə pisləyir, dinc insanların, qadın, uşaq, qocaların məhvi kimi bağışlanmaz cinayətlərə heç bir bəraət olmadığını bəyan edirik.

Biz beynəlxalq ictimaiyyəti dinc insanların qətli kimi qəbuledilməz bir hala qarşı öz qətiyyətli münasibətini bildirməyə, təcavüz və təxribat hallarını kəskin qınamağa çağırır və işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunması üçün real qərarların qəbul edilməsini tələb edirik"./Olaylar.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər