7 İyul 2017 13:46
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da yaşayan azərbaycanlılar iyulun 4-də törədilən erməni təxribatına etiraz olaraq Vaşinqton və Nyu-York şəhərlərində aksiyaları keçirəcək.

Teleqraf.com-un məlumatına görə, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) təşkilatçılığı ilə ilk aksiya bu gün Vaşinqtonda, Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında baş tutacaq. Təşkilat bütün soydaşlarımızı etiraz aksiyasına qoşulmağa çağırıb.

Bu gün həmçinin, Nyu-Yorkda, BMT-nin qarşısında da azərbaycanlıların etiraz mitinqi keçiriləcək. Aksiyada Amerika Azərbaycan Nyu-York Assosiasiyası, Azərbaycan Qadınlar Assosiasiyası və digər təşkilatların nümayəndələri, eləcə də digər soydaşlarımız iştirak edəcək.

Hər iki aksiyada Ermənistan ordusunun vəhşiliyini göstərən plakat və bannerlərdən istifadə olunacaq, Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan dövlətinin təcavüzkarlıq siyasətinə etiraz ifadə edən şüarlar səsləndiriləcək. Aksiya iştirakçıları təcavüzkar Ermənistana qarşı sərt sanksiyaların tətbiqi üçün beynəlxalq təşkilatlara müraciət etməyi planlaşdırırlar.


Müəllif: Səxavət

Oxşar xəbərlər