Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, bu fikirlər Ümumrusiya Azərbaycan Konqresinin bəyanatında əks olunub.
Bəyanatda ermənilər tərəfindən Xocalıda törədilmiş soyqırımına da toxunulub, bu hadisə haqında ətraflı məlumat verilib. Ermənistan prezidenti Serj Sərkisyanın məşhur ifadəsi – “Xocalıya qədər azərbaycanlılar bizə qeyri-ciddi yanaşırdılar, onlar düşünürdülər ki, biz dinc əhaliyə silah qaldırmaq gücündə deyilik. Biz bu stereotipi dağıda bildik” fikrinin bu ölkənin soyqırımı və terror siyasəti yürütdüyünün etirafı olduğu vurğulanıb.