11 İyul 2017 15:49
1 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun müddət davam edən Dağlıq Qarabağ münaqişəsi Azərbaycanı müdafiə sənayesini əhəmiyyətli dərəcədə gücləndirməyə sövq edib.

Azvision.az xəbər verir ki, bu barədə “Defence Industry Bulletin” nəşrində dərc olunan məqalədə bildirilib.

Azərbaycanın müdafiə sənayesi nazirinin baş müşaviri Azər Məmmədov nəşrə müsahibəsində deyib ki, ordumuzun daha güclü silahlarla təchiz olunması ilə yanaşı, böyük həcmdə silah və avadanlıqların ixracının artırılması istiqamətində səylər göstərilib.

O, qeyd edib ki, məhz bunun sayəsində Azərbaycan Silahlı Qüvvələri “dünyanın ən güclü ordusu” reytinqində 59-cu yeri tutub, Ermənistan isə 95-ci pillədə qərarlaşıb.

“Azərbaycan silahları NATO standartlarına uyğundur” – deyə nazirin baş müşaviri vurğulayıb.

A.Məmmədovun sözlərinə görə, Müdafiə Sənayesi Nazirliyi 2020-ci ildə uzaq mənzilli raket sistemi və elektromaqnit silahların istehsalının həyata keçirilməsi üzərində işlər aparır.

Məqalədə qeyd olunub ki, Azərbaycanın xarici tərəfdaşlarla inkişaf etdirmək istədiyi digər sektor pilotsuz sistemlərdir. Rəsmi Bakı üçün bu sektorda qurğuların alınması və İsraillə birgə istehsalı mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın Silahlı Qüvvələri “IAI Herons” istifadə edir, yerli istehsalçı olan “AZAD” müəssisəsi isə “Aerostar Tactical UAV Aeronautics Ltd” pilotsuz uçuş aparatları (PUA) istehsal edir.

Azər Məmmədov, həmçinin təsdiqləyib ki, Azərbaycan İsraillə birgə istehsal olunan “Harop” dronlarından da istifadə edib.

Onun sözlərinə görə, “AZAD” müəssisəsi hazırda “Zarba-1K” proqramının həyata keçirilməsinə diqqət ayırıb. Kəşfiyyat-zərbə PUA kumulyativ başlıqla təchiz olunub. Yaxın bir neçə ayda qurğunun sınaqdan keçirilməsinə başlanılacaq.

Qeyd edək ki, kumulyativ başlıqlı PUA düşmənin canlı qüvvəsini, hərbi texnikasını və hərbi obyektlərini 100 kilometr məsafədə tam müəyyən edərək məhv etmək iqtidarındadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər