Teleqraf.com xəbər verir ki, telefon danışığı zamanı Şimali Koreya ətrafında yaranmış durum müzakirə edilib.
“Biz Şimali Koreya məsələsi ətrafında açıq fikir mübadiləsi apardıq. Pxenyanın Quam adasına zərbə endirəcəyinə dair bəyanatı gərginliyin səviyyəsinin yüksəlməsinə gətirib çıxarıb. Biz bu məqamda ABŞ-ın verdiyi dəstəyi yüksək qiymətləndirir və ABŞ-Yaponiya əməkdaşlığının möhkəmləndirilməsini vacib sayırıq. Həmçinin, üçtərəfli formatda – ABŞ, Yaponiya və Cənubi Koreyanın birgə əməkdaşlığının möhkəmləndirilməsinə ehtiyac var. Bu məsələdə beynəlxalq ictimaiyyətlə, ilk növbədə Çin və Rusiya ilə əməkdaşlıq zəruridir”, - deyə Yaponiyanın NHK televiziyası baş nazirin fikirlərindən sitat gətirib.
Qeyd edək ki, Şimali Koreya ABŞ-ın Sakit okeandakı Quam adasında yerləşən hərbi bazasına ballistik raket zərbələri endirəcəyini bəyan etməsindən sonra yarımadada vəziyyət xeyli gərginləşib.